Doğruluq yoxsa Cəsarət Oyna

Doğruluq yoxsa Cəsarət necə oynanılır?

Doğruluq yoxsa Cəsarət (bəzən «dogruluq yoxsa cesaret» kimi də yazılır) sadə qaydaları olan məclis oyunudur. Bizim versiyada hər şeyi telefon edir: növbəni seçir, kartı göstərir, xalları sayır.

Oyuna başla: pulsuz, yükləmədən

Qaydalar addım-addım

  1. Oyunçuları əlavə et. 2-dən 12-yə qədər ad yaz və hər kəs üçün «Kişi» və ya «Qadın» seç. İstəsən, avatarı və şəxsi hədləri dəyiş.
  2. Rejimi seç. Ailəvi, Dostlar, Cütlüklər və ya yalnız böyüklər üçün rejim. Kartlar rejimə görə seçilir.
  3. Butulkanı fırlat. Butulka dayananda telefonu seçilən oyunçuya ver.
  4. Doğruluq yoxsa cəsarət? Oyunçu seçir: suala düz cavab verir, ya da tapşırığı yerinə yetirir. Qərar verə bilmirsə, «Təsadüfi» düyməsi seçsin.
  5. Xal qazan. Doğruluq 1, cəsarət 2 xal verir. Qaçan 1 xal itirir və cəza kartı alır.
  6. Mükafatları paylaş. Oyunun sonunda «Gecənin qəhrəmanı», «Ən cəsur» və «Ən böyük qaçaq» seçilir. Nəticəni şəkil kimi paylaşa bilərsən.

Rejimlər

Aparıcılar

Oyunu Bakı personajları şərh edir: Sona xala, Qulu dayı, Tamada Elçin, Taksist Vaqif və Qaqaş Ramil. Kimsə qaçanda, onlar susmur!

Tez-tez verilən suallar

Doğruluq yoxsa Cəsarət necə oynanılır?

Oyunçuların adlarını yaz və rejimi seç. Butulka fırlanır və növbəti oyunçunu seçir. O, doğruluq və ya cəsarət seçir: suala düz cavab verir, ya da tapşırığı yerinə yetirir. Qaçan cəza alır.

Oyun pulsuzdur?

Bəli, tamamilə pulsuzdur. Heç nə yükləmək lazım deyil: oyun telefonun brauzerində açılır.

Neçə nəfər oynaya bilər?

2 nəfərdən 12 nəfərə qədər. Bir telefon kifayətdir: növbə çatanda telefonu ötürürsünüz.

Uşaqlarla oynamaq olar?

Bəli. «Ailəvi» rejimində yalnız yumşaq suallar və tapşırıqlar var, utandırıcı heç nə yoxdur.

İnternet lazımdır?

Yalnız ilk dəfə açanda. Kartlar telefonda yadda saxlanılır, sonra internetsiz də oynaya bilərsən.

Daha çox